Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Naxçıvanda 18-ci əsrə məxsus memarlıq abidəsi niyə baxımsız qalıb? - VİDEO
Ordubad rayonunun Nüsnüs kəndində yerləşən qədim yeraltı hamam tarixə qovuşmaq üzrədir. 18-ci əsrə aid memarlıq abidəsi mühafizə olunmadığı üçün baxımsız qalıb.
“Bu abidə ilə bir neçə dəfə maraqlanıb, məlumat toplayıblar. Ancaq bərpası ilə bağlı heç bir iş görülməyib”, - deyə kənd sakini söyləyib.
Qeyd edək ki, uzunluğu 22,6, eni 9,4 metr olmaqla sahəsi 213 kvadratmetr olan hamamın üzərində nə lövhəyə, nə də hər hansı mühafizə zolağına rast gəlinir.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Naxçıvanda 18-ci əsrə məxsus memarlıq abidəsi niyə baxımsız qalıb? - VİDEO
Ən çox oxunanlar
Rəylər