Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi güclü yağışlardan sonra Doğum Mərkəzini su basması ilə bağlı məsələyə münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda problem aradan qaldırılıb:
“Dünəndən proseslə bağlı işlər gedir. Problem artıq aradan qaldırılıb. Zirzəmi qatının çıxışı həyətə tərəfə olduğundan yağış suları içəri dolub.
Həmin vaxt xəstəxanada həkimlər, xəstələr olublar. Zərərçəkən olmayıb. Çünki həmin qatda tibbi personal olmayıb. Heç bir narahatlıq yoxdur”.
10:20
Yağan güclü yağış Naxçıvanda Doğum Mərkəzinin binasına ziyan vurub.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Doğum Mərkəzinin dəhlizlərini və lifti su basıb.
Qeyd edək ki, ötən gün Naxçıvan şəhərində güclü yağış yağıb. Yağan yağış bir sıra fəsadlara səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
View this post on InstagramNəzrin Vahid
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- TƏBİB-in mətbuat katibi Səhiyyə Nazirliyində fəaliyyətə başladı
- Doğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu
- Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir - Özəl
- Bakı və Sumqayıtda peyvəndlənmə başlandı - Foto
- Azərbaycan qripə qarşı yeni vaksinlər aldı
Digər xəbərlər