Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Naxçıvanda Duzdağını kim və niyə alıb? - AÇIQLAMA + VİDEO
“Həmkarlar İttifaqı Konfederasiya işçilərinin sanatoriya, müalicə və istirahət tələbatlarını ödəmək məqsədilə 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Darıdağ Arsenli Su Müalicə Mərkəzini, Ağbulaq İstirahət və Xizək Mərkəzini, “Duzdağ” Hoteli və Fizioterapiya Mərkəzini satın alıb”.
Bunu Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev qurumun növbədənkənar VI qurultayında çıxışı zamanı deyib.
“Uşaqlarda astma xəstəliyinin müalicəsi üçün mərkəzlər dünyada üç yerdədir, bunlardan biri də Naxçıvandakı Duzdağdadır. Gələn ildən çalışacağıq ki, xəstə uşaqları Duzdağa göndərək, orada müalicə alsınlar”, - o vurğulayıb.
Ətraflı Baku TV-nin süjetində:
Rəylər