Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
“Report” xəbər verir ki, əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində keçirilən tədbirlərdə əvvəlcə ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çıxışlar zamanı müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusunun dünyanın hər zaman inkişafda olan müzəffər orduları sırasında dayandığı vurğulanıb, 44 günlük Vətən müharibəsi ilə tariximizə Zəfər Gününü yazan ordumuzun şəxsi heyətinin daim yüksək döyüş hazırlığına malik olduğu qeyd edilib.
Sonra hərbi qulluqçulara müxtəlif medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Ermənistandan Azərbaycana qarşı daha bir təxribat: "Rəhbərlik gülünc bəhanələr gətirir"
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
Rəylər