Naxçıvan Muxtar Respublikasında yas məclisi aparan mollalar və məscid axundları vahid geyim formasına keçirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Axar.az-a Naxçıvandakı mənbədən xəbər daxil olub. Mənbənin dediyinə görə, artıq muxtar respublikanın bütün kənd və qəsəbələrindəki mollalardan və dini xadimlərdən onların geyim ölçüləri götürülüb.
Qərara görə, avqustun 1-dən hamı vahid formada olmalıdır. Formadan başqa, onların hamısına eyni təsbеh və müqəddəs Quran veriləcək:
“Geyimdən fərqli olaraq dini ləvаzimatlar və müqəddəs Quran onlara hədiyyə ediləcək”, – deyə xəbərdə qeyd olunur.
Hüzr mərasimlərinin verilməsi üçün – bura ölünün dəfni və yas mərasimlərinin yola verilməsi daxildir – vahid qiymət də müəyyənləşdirilib. Bütün bu mərasimlərə görə ölü yiyəsindən 100 manatdan artıq pul alınmaması nəzərdə tutulub.