Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Naxçıvanda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər cərimələniblər - FOTO
Naxçıvan polisi yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər və tütün məmulatları satanlara qarşı reyd keçirib, üç sahibkar cərimələnib.
Bu barədə Naxçıvan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə obyekt aşkar edilib. Faktlarla bağlı həmin obyektlərin sahibləri Nihad Məmiyev, Ülvi Qasımov və Mənsum Bağırov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlara xəbərdarlıq edilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- SON DƏQİQƏ: Hüquq-mühafizə orqanları cərrahlarla bağlı YOXLAMALARA BAŞLAYIR
- Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirilib
- Bakıda kəsici alətlə evə hücum edən şəxs saxlanıldı
- Tanınmış vəkilin hesabları ələ keçirildi: Adından pullar YIĞILIR
- Nazirlikdən ŞAD XƏBƏR: Polisə getmədən qeydiyyata düşmək mümkündür
Rəylər