Şərur rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 19-da saat 21.00 radələrində Şərur rayonu Püsyan kəndinin ərazisində Tumaslı kənd sakini Abbas Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.
Xəstəxanaya yerləşdirilmiş Abbas Əhmədov və sərnişini Mehdi Mahmudov aprelin 20-də orada ölüblər.
Qeyd edək ki, Abbas Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.