Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kəmaləddin Heydərov polkovniki vəzifəsindən AZAD ETDİ
"Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində işləmiş daxili xidmət polkovnik-leytenantı Dədəş Əlbağış oğlu Ataşov 2023-cü ilin noyabr ayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib".
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsi 2024-cü ilin iyun ayından daxili xidmət polkovnik-leytenantı Əhmədov Elgün Vahid oğlu tərəfindən icra olunur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Dədəş Ataşov vəzifəsindən azad edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, o, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə işdən çıxarılıb.
D.Ataşovun yerinə Füzuli Yusif oğlu Talıbzadə təyin olunub.
Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- FHN-dən Novruz çərşənbələrində yanğın təhlükəsizliyi ilə bağlı MÜRACİƏT
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakıda 10 mərtəbəli yaşayış evində partlayış olub, xəsarət alan var
- FHN Akademiyasında təhsil almaq istəyənlərə FÜRSƏT - Kursant qəbulu elan edilir
- Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT