Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olunmuş hər bir abituriyentə noutbuk hədiyyə edib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, hədiyyələr rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla universitetin ilk tələbələri arasında keçirilən görüşdə təqdim edilib.
Bundan başqa, müxtəlif həvəsləndirici mükafatlar (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.), eyni zamanda aztəminatlı ailələrin övladlarına maddi dəstəyin göstərilməsi, yataqxana və s.-lə təminat da nəzərdə tutulur.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin