Qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan sosial proqramları təxirə salmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.
“Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində işlər gələn ildə davam etdiriləcək. Dünyada iqtisadi böhran proseslərinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda sosial proqramlar təxirə salınmayacaq”, - deyə nazir qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az