Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir Azərbaycanda dörd min şagirdin sinifdə qalmasına münasibət bildirib
Ötən il Azərbaycanda dörd min şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedici məqamdır.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var:
“Meyarlara əsasən, orta ümumtəhsil məktəblərində təhsil səviyyəsində şagirdin il ərzində dörd və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı dörddən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir”.
C.Bayramov qeyd edib ki, Azərbaycanda bir milyondan çox şagird təhsil alır:
“Əgər sinifdə saxlanılan şagirdlərin sayı dörd mindən çoxdursa, deməli, onlar bir çox fənlərdən proqramı mənimsəyə bilməyiblər. Və yaxud üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməyiblər. Bu da tədris proqramının mənimsənilmədiyini göstərir”.
İlhamə Əbülfət
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov polşalı həmkarı ilə Azərbaycan-Aİ münasibətlərini müzakirə etdi
- Azərbaycan və Litva XİN başçıları təyyarə qəzasını müzakirə ediblər
- Bayramov və Lavrov təyyarə qəzası ilə bağlı hadisələri müzakirə ediblər
- Ceyhun Bayramov Hakan Fidanla regional və beynəlxalq təhlükəsizliyi müzakirə etdi
- Ceyhun Bayramov TDT-nin baş katibini qəbul edib
Rəylər