Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nazir müavini: “Çindən Azərbaycana növbəti vaksin partiyası gətirilib”
“Bu gün Çindən Azərbaycana növbəti vaksin partiyası gətirilib”.
Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun sözlərinə görə, Çinin “Sinovac” şirkətinin istehsalı olan “Coronavac” vaksininin növbəti partiyası bu gün Azərbaycana çatdırılıb:
“Çinin “Sinovac” şirkətinin istehsalı olan beş milyon doza “CoronaVac” vaksininin Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub.
Hazırda ölkəyə 500 min doza peyvənd gətirilib”.
Nazir müavini qeyd edib ki, bu günə kimi Azərbaycanda 550-mindən çox insan peyvənd olunub.
İlhamə Əbülfət
"Çin" teqi üzrə xəbərlər
- Çində qorxunc mənzərə: Şirkət işçilərini alov udmağa məcbur etdi
- Azərbaycan XİN Çinə başsağlığı verib
- Çempionlar Liqasının ikiqat qalibi olan peşəkar klub statusunu itirib
- Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxma qeydə alındı
- Çindən dünyaya yeni pandemiya təhlükəsi: Metapnevmovirus yayılır
Ən çox oxunanlar