“Bəzi ölkələrdə uşaqlara bağça yaşlarından internet təhlükəsizliyi ilə bağlı maarifləndirilmə işləri aparılır”.
Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, internet təhlükəsizliyində əsas amil uşaqların deyil, valideynlərin üzərinə düşür:
“İstənilən halda uşaqlar təhdid və təhqir amillərini dərk etməlidir. İnternet qarşımızda yeni dünya açır, lakin diqqətli olmaq lazımdır. Təhlükəsiz internet istifadəsi üçün xüsusi proqramlar aparılır”.
Onun sözlərinə görə, ölkədə rəqəmsal transformasiyaya keçid aparılır.
Könül Cəfərli