Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev nurçu olması barədə iddialara cavab verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən İ.Babayev bəzi mətbuat orqanlarında yer alan bu iddiaların gülüşlə qarşılandığını bildirib:
“Mənim gülüşüm buna cavabdır. Biz azad cəmiyyətdə yaşayırıq və mətbuat sərbəst şəkildə hər şeyi yaza bilər. Əgər həmin mətbuat orqanı belə məlumat yayıb özünü ciddi orqan hesab edirsə, bunun arxasında hansısa konkret faktlar dayanmalıdır”.
Nurçu cərəyanına aidiyyəti olmadığını deyən İ.Babayev nazir müavini kimi öz işi ilə məşğul olduğunu bildirib:
“Bu gün üçün onu deyə bilərəm ki, mənim nurçu hərəkatı ilə heç bir əlaqəm yoxdur. Mən öz ölkəmizdə öz vəzifəmdə, gənclərimizin inkişafına yönələn siyasətin həyata keçirilməsində iştirak edirəm”. (Trend).