Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinə rəis təyin olunub.
Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri Ramil Usubov imzalayıb.
Bu təyinatla yanaşı, qadın atıcı I Avropa Oyunlarında da çıxış etmək niyyətindədir.
Qeyd edək ki, Zemfira Meftahətdinova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.
E.Ə.
www.oxu.az