Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazir polkovniki daha yüksək vəzifəyə təyin etdi - FOTO
Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi olub.
Manset.az xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı alayının komandiri polkovnik İntiqam Axundlu tutduğu vəzifədən azad edilib. Digər əmrlə o, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Xidmətin Bakı alayının komandiri vəzifəsinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, son günlər FHN-də bir sıra kadr dəyişiklikləri edilib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi general Adil Abdullayev vəzifəsindən azad olunaraq fövqəladə hallar nazirinə müavin təyin edilib.
Rəylər