Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Nazir qızılcaya görə məktəblərin bağlanıb-bağlanmayacağına aydınlıq gətirib
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə şagirdlər arasında qızılca xəstəliyi ilə bağlı yayılan xəbərlərdən danışıb.
Oxu.Az xəbər verir ki, nazirin media üçün keçirdiyi brifinqdə söylədiyinə görə, hazırda üç şagirddə qızılca xəstəliyinin olması barədə məlumat var:
“Məktəblərdə şagirdlər arasında qızılcanın yayılması ilə bağlı diaqnoz qoyma səlahiyyəti nə mənim, nə də direktorundur. Bunu həkimlər edir. Regional idarələrdən gələn məlumatları toplayarıq, Səhiyyə Nazirliyi ilə işləyirik. Rəsmi məlumatlara əsasən, bu və ya digər müəssisədə qapanmaya getməyi planlaşdırmırıq.
Növbəti günlərdə təhlillər aparıldıqca təhlükəli yerlər yaranarsa sinfin, məktəbin müəyyən müddətlik distant təhsilə keçirilməsi qərarı verilə bilər. Bu o halda olacaq ki, mütəxəssislərin fikrincə vəziyyət uşaqların həyatı üçün təhlükə yarada bilər”.
İlhamə Əbülfət
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Emin Əmrullayev: "Kredit əsaslı və sturkturlaşmış doktorantura pilləsi hazırlanmalıdır"
- Ağdamdakı 1 nömrəli körpələr evi-uşaq bağçasından FOTOREPORTAJ
- Kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsi GÜNDƏMDƏ
- Təhsil Tələbə Krediti Fondunun İdarə Heyəti dəyişib - Yeni təyinatlar