Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirləri gücləndirib.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, aparılan cari yoxlamalar çərçivəsində 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək protokollar tərtib edilib, cərimələr tətbiq olunub.
Reseptlərin düzgün yazılmamasına görə 11 həkim barəsində inzibati tədbirlər görülüb.
Məlumatda bildirilir ki, Səhiyyə Nazirliyi ölkə başçısının dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı üzərində bütün sahələr üzrə sistemli tədbirlərin icrasını davam etdirir.
E.Ə.
www.oxu.az