“Azərbaycanın bütün bölgələrində əsaslı tikintiyə və təmirə ehtiyacı olan məktəblər var”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir bildirib ki, Təhsil Nazirliyində həmin məktəblərin siyahısı var:
“Həmin məktəblər müəyyən meyarlar əsasında kateqoriyalara bölünüblər. Ölkəmizdə 4500-ə yaxın məktəbin 3500-dən çoxu tədrisə yararlıdır. Onlar son illər ərzində yenidən tikilib və ya əsaslı təmir olunub”.
O qeyd edib ki, əsasən 200-300 nəfərlik kənd məktəblərimizlə bağlı problemlər var:
“Çalışırıq ki, hər il bir regionun bütün məktəblərini deyil, hər regionda təmirə ehtiyacı olan bir-iki məktəbi təmir edək. Biz ən acınacaqlı vəziyyətdə olan məktəbdən başlayıb irəliyə doğru gedirik”.
Nazir əlavə edib ki, problem bir-iki ilə deyil, mərhələli şəkildə olunmalıdır.
İlhamə Əbülfət