Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq.
Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclasında qərar verilib.
Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qarşıya qoyulan vəzifələrin icrası olaraq Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.
Nazir bildirib ki, bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 4 027 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub. Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxıldığını və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçuların mənzil növbəsinə əlavə edildiyini diqqətə çatdıran komissiyanın sədri qeyd edib ki, cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş 35 milyon manat vəsait hesabına daha 512 tam təmirli mənzil alınaraq Komisiyyanın qərarı ilə hərbi qulluqçulara verilməsi təmin olunmalıdır.
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 901 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi barədə qərar qəbul edilib.
Komissiya həmçinin, hazırda mənzil növbəsində olan 381 hərbi qulluqçunun Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunmasına, eyni zamanda, 131 nəfər hərbi qulluqçuya mənzilin verilməsinə dair məsələnin 2025-ci ilin fevral ayında keçiriləcək iclasda mənzillərin Müdafiə Nazirliyi tərəfindən püşkatma yolu ilə növbəsi çatmış hərbi qulluqçular arasında bölgüsünün nəticələri əsasında baxılması qərara alınıb.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib
- Azərbaycanda 2030-cu ilədək məktəb avtobuslarından istifadə təmin olunacaq
- İlham Əliyevdən Bakıda və ətraf ərazilərdə nəqliyyatın təkmilləşdirilməsinə dair SƏRƏNCAM
- Azərbaycanın dövlət borcu açıqlanıb
- Ötən il azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmi açıqlanıb
Rəylər