Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Nazirin iki müavini işdən çıxarıldı: İlham Əliyevdən yeni təyinat - YENİLƏNİB + FOTO
Mədəniyyət nazirinə yeni müavin təyin edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Səadət Yusifova Azərbaycan mədəniyyət nazirinin müavini təyin edilib.
Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
16:18
Mədəniyyət nazirinin iki müavini vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla nazirin birinci müavini Vaqif Əliyev və nazir müavini Sevda Məmmədəliyeva işdən çıxarılıblar.
Qeyd edək ki, Vaqif Əliyev 2011-ci ildən nazirin birinci müavini, S.Məmmədəliyeva isə 1999-cu ildən nazir müavini olub.
Mədəniyyət Nazirliyindən məlumatı Oxu.Az-a təsdiqləyiblər.
Qeyd edək ki, xəbəri ilk “Qafqazinfo” yayıb.
İlhamə Əbülfət
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Gəncə lll MDB oyunlarına hazırlaşır: Abadlıq və bərpa işləri aparılır
- Azərbaycan-Türkiyə tandemi daha geniş coğrafiyada - "Kaspi"nin TƏHLİLİ
- Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə videoçarx paylaşıb
- İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
- Prezident İlham Əliyev AAYDA-ya 1,5 milyon manat ayırdı