“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dəyişiklik edilib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Dəyişikliyə əsasən, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bəndinin c) yarımbəndinin beşinci abzasında “yükvurma-yükboşaltma” sözləri “yükün aşırılması” sözləri ilə əvəz edilib.