Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu günlərdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə İdarəsi tərəfindən daxil olan məlumat əsasında 17 nəfər insan alveri qurbanına müvafiq yardımların göstərilməsinə başlayıb.
Oxu.Az xəbər verir ki, ƏƏSMN-dən verilən məlumata görə, cari ilin ilk rübü ərzində isə Mərkəz DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş 4 nəfər insan alveri qurbanına və 11 nəfər insan alverinin potensial qurbanına maddi, hüquqi-psixoloji yardımlar göstərib, həmçinin 2 nəfər münasib işlərlə, 2 nəfər sosial xidmət müəssisəsində yaşayış yeri, 3 nəfər ünvanlı dövlət sosial yardımı ilə təmin olunub.
İnsan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün Mərkəz tərəfindən ölkənin müxtəlif regionlarında maarifləndirmə tədbirləri də həyata keçirilib.
Gülnarə Zeynalova
www.oxu.az