Yanvarın 1-dən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılacaq. Dekabrın 31-dək olan xidməti fəaliyyət dövrünü əhatə edən qiymətləndirilmə təqvim ilinin sonunda yekunlaşacaq.
Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın qərarı ilə təsdiq edilmiş qaydalara görə, dövlət qulluqçusunun illik fəaliyyətinin qiymətləndirilməsi hər il dekabrın 1-dən gec olmayaraq başlanılır və növbəti il yanvarın 10-dək başa çatdırılır.
Məlumatda qeyd olunur ki, hər ilin yanvar ayında rəhbər tərəfindən dövlət qulluqçusu qarşısında təqvim ili ərzində icra etməli olduğu mühüm tapşırıqlar (hədəflər) qoyulur. Tapşırıqların sayı 2-6 arası olur. Tapşırıqlar dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır.
Həmçinin meyar olaraq isə işçinin kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlərinə də diqqət yetirilir.