Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Nazirlik: “Oqtay Əliyev ailəsinin müraciəti əsasında “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq”-YENİLƏNİB
Ailəsinin müraciəti əsasında əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin “Qurd qapısı” qəbiristanlığında dəfn olunması təmin edilib.
“Report” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
“Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfni ilə bağlı bildiririk ki, ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu gün saat 13:00-da “Qurd qapısı” qəbiristanlığında dəfn olunması təmin edilib” - məlumatda bildirilib.
10:50
Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişdirilib.
APA xəbər verir ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.
Qeyd edək ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- İşğal illərində Azərbaycanın mədəni irsinə 700 milyon manatdan çox ziyan vurulub
- Qobustan qoruğuna mediatur təşkil olunub
- Bu gün Azərbaycan muzeylərində açıq qapı günüdür
- Türkiyənin xalq ozanı Esat Kabaklı: "Şuşaya dəvət etsələr, qaça-qaça gələrəm"
- Səbinə Hacıyeva: "Azıx mağarası silah anbarı kimi istifadə olunub"