Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.
Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a daxil olan xəbərdarlıqda bildirilir ki, dekabrın 2-3-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit, soyuq keçəcəyi, şimal küləyinin güclənəcəyi, yağıntılı olacağı, dekabrın 3-də respublikanın bəzi rayonlarında sulu qara keçəcəyi gözlənilir.
Dekabrın 2-3-də dağlıq və dağətəyi rayonlarda qar yağacaq.
Yağıntıların bəzi ərazilərdə intensivləşəcəyi ehtimal olunur.