Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazpəri Dostəliyeva: “Oğlum öləcəyini bilirdi” - VİDEO
Xalq artisti Nazpəri Dostəliyeva oğlunun ölümüdən aylar sonra ilk dəfə efirə çıxıb.
Nazpəri Dostəliyeva ATV kanalında yayımlanan “1 dəqiqə” verilişinə qonaq olub.
O, veriliş boyunca oğlunun son anlarını və ölümünü tamaşaçılarla bölüşüb. Müğənninin sözlərinə görə, oğlu vəfat edəcəyini əvvəlcədən bilirmiş:
“Çox qəribədir ki, o, dünyadan köçəcəyini bilirdi, mən bilmirdim. O görürdü, mən görmürdüm. Mən inanmırdım. Bir az fikir edirdi. Son ildə onun öz problemləri oldu. Məndən gizlədirdi”.
Xalq artisti oğlunun son günlərini belə xatırlayır:
“Martın 22-si özünü pis hiss etdi. Həkimlərə zəng vurduq. Sonuncu kardioloq dedi ki, Nazpəri xanım, dəyməyin, toxunmayın. Əlini qucaqladım, basdım sinəmə. Yatıb yuxuma da gəlməzdi ki, Əli son nəfəsini tapşıracaq. Əli “mama, sən mənim əziyyətimi çox çəkmisən, sən güclü qadınsan, heç vaxt yenmə, əyilmə, sən sənətkarsan, səni sevənlərin gözünü yolda qoyma” dedi. Amma mən heç nə anlamırdım. Biz heç birimiz başa düşmədik ki, Əli son sözlərini deyir. Əli əllərimi öpdü və son nəfəsini verdi”.
Qeyd edək ki, N. Dostəliyevanın böyük oğlu Əli Quliyev bu ilin martında 41 yaşında vəfat edib.
Mənbə: ATV
"Nazpəri Dostəliyeva" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
- Nazpəri Dostəliyeva: "Heç bir xanımın yerimdə olmağını istəmərəm"
- Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” - VİDEO
- Nazpəri Dostəliyeva oxudu, Misir Mərdanov “Naxçıvani” oynadı - VİDEO
- Nazpəri Dostəliyeva yenidən səhnəyə qayıtmasının səbəbini açıqlayıb: “Oxuduğum mahnılar taleyimə sirayət edib”
Rəylər