"Cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqısına əlavələr ediləcək".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə həsr olunan brifinqdə deyib.

"Sertifikatlaşdırma prosesi yekunlaşmış müəllimlərdən 7 318 nəfər uğursuz, 39.2 min nəfər qənaətbəxş, 17.4 min nəfər yüksək nəticə göstərib. Həmçinin 7.9 min nəfər 60 yaşı tamam olmuş, 5.8 min nəfər fəaliyyətinin üç ili tamam olmayan heyətdir", - nazir əlavə edib.
Rövşən Əsədov