Neftçalada yanan ev söndürüldükdən sonra kişi meyiti aşkarlanıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün gecə saatlarında Bankə qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbədə fərdi yaşayış evlərin birində yanğın başlayıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsi tərəfindən yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.
Evə baxış zamanı yanmış kişi meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.
Hazırda meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Rəylər