Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Neftçalada əxlaqsız hərəkətlərdə şübhəli bilinən şəxs həyatına qəsd edib
Noyabrın 10-da Neftçala rayonunda intihar hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən 1971-ci il təvəllüdü Azər Mahmud oğlu Hüseynov paltar lifindən hazırladığı vasitə ilə saat dörd radələrində həyatına qəsd edib.
Göstərilən tibbi müdaxilələrə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.
Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- DİN vətəndaşlara müraciət etdi
- Bu gün 59 minə yaxın şagird üçün buraxılış imtahanı keçirilib
- Axtarışda olan iki nəfər bağlı qapı arxasından çıxarıldı
- İki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən şəxsin cinayət işi geri qaytarılıb
- Birinə fərdi evə çıxarış almağı, digərinə maşın satmağı vəd etdi - Həbs olundu