Metropoliteninin “Neftçilər” stansiyasında partlayıcı qurğu olması barədə məlumat təsdiqlənməyib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq bölmələri hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birlikdə axtarış işləri aparıblar və heç bir şübhəli əşya aşkar etməyiblər.
15:00
Bu gün saat 12:30 radələrində “Neftçilər” metrosu ətrafında bomba həyəcanı yaşanıb.
Oxu.Az Musavat.com-a istinadən bildirir ki, naməlum şəxs rabitə qovşağından “102” xidmətinə zəng edərək, metro ətrafında bomba olduğunu və partlayacağını bildirib.
Hadisə yerinə dərhal polis əməkdaşları gəliblər.
Nizami Rayon Polis İdarəsi 24-cü və 25-ci bölmələrinin əməkdaşları “Magnit” ticarət mərkəzinin ətrafında olan şəxsi müəyyənləşdirmək üçün bütün obyektlərin təhlükəsizlik kamerasını nəzarətə götürüblər.
Hazırda proses davam etdirilir.
E.Ə.
www.oxu.az