Son aylar koronavirus pandemiyasının yayılması ilə bağlı ölkəmizdə həyata keçirilən təxirəsalınmaz tədbirlər dünya üçün model olaraq qəbul edilməkdədir. Belə bir həssas dönəmdə əhalinin əsas ərzaq ehtiyacının ödənilməsində innovativ və interaktiv texniki alətlərin tətbiq edilməsi mövcud sosial çətinliklərin dəf edilməsinə xidmət etmiş olur.
Saytımız pandemiya dövründə əhalinin əsas ərzaq ehtiyacını qarşılayan supermarketlərin fəaliyyətini, tətbiq etdikləri yenilikləri və onların əhali üçün əlçatanlığını araşdırıb. Bu sahədə ilk və kompleks addımlar atan “Neptun Supermarketlər Şəbəkəsi” mövcud vəziyyətdə daha çevik addımları ilə fərqlənməyi bacarıb.
“Supermarket Qapınıza Gəldi!” devizi altında reallaşan tədbirlər planı özündə unikal funksiyaları birləşdirir. Onlayn sifariş saytı, onlineneptun.az gücləndirilmiş iş rejimi ilə əhalinin xidmətinə verilib.
Artıq marketə getmədən, kassada növbə gözləmədən, hər kəs istədiyi məhsulun sifarişini onlineneptun.az saytına daxil olaraq verə bilər. Asan sifariş, bol çeşid, gigiyenik çatdırılma supermarket tərəfindən təmin edilir.
Məlumat üçün qeyd edək ki, ölkədəki supermarketlər arasında yeganə onlayn alış-veriş saytı olan onlineneptun.az saytı üç ildir fəaliyyət göstərir. Bütövlükdə, 25000-dən artıq müxtəlif növ çeşidli məhsullar onlineneptun.az proqramına inteqrasiya olunub və bütün kampaniyalar, aksiyalar, endirimlər, bonuslar, ən əsası, QİYMƏTLƏR onlayn sifariş zamanı eynidir və keçərlidir.
“NEPTUN” supermarketi qapınıza gətirir – ASAN SİFARİŞ, BOL ÇEŞİD, YÜKSƏK KEYFİYYƏT!