“Niaqara” restoranı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin restoranda nöqsanların aşkarlanması barədə məlumatını təkzib edir.
Məsələ ilə bağlı Oxu.Az-a müraciət edən restoranın administratoru Ruslan Cavadov komitənin apardığı araşdırmanın nəticələrini əsassız adlandırıb.
R.Cavadovun bildirdiyinə görə, müəssisədə hazırlanan yemək nümunələri Səhiyyə Nazirliyinin laboratoriyasında yoxlanılıb və aparılan müayinələr nəticəsində heç bir neqativ hala rast gəlinməyib.
“Niaqara” restoranının rəhbərliyi həmçinin Səhiyyə Nazirliyinin laboratoriyasında aparılan müayinələri də Oxu.Az-a təqdim edib.
Elvin Əhmədov
www.oxu.az