“Eurovision 2011”-in qalibi Nigar Camal Xocalı soyqırımına həsr olunan klip çəkdirib.
Oxu.Az xəbər verir ki, Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilən “Broken Dreams” (“Məhv edilmiş arzular”) adlı klip erməni vəhşiliyini dünyaya çatdırmaq məqsədi daşıyır.
N.Camalın ekran işi 3D formatında, ən yeni texnologiya ilə çəkilib.
Qeyd edək ki, fevralın 21-də Ankarada INDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “Empathy 2015” tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, INDEX İnsan Kapitalının İnkişafı Mərkəzinin sədri Rəşad Abdullayev, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar və Xocalı sakini Rəşad Zeynallı çıxış ediblər.
“Empathy 2015” layihəsinin əsas məqsədi Ermənistanın qondarma soyqırımı iddiaları qarşılığında Azərbaycan və Türkiyənin birgə yaşadığı ağrıları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır
E.Ə.
www.oxu.az