Hər zaman sosial layihələrdə fəal iştirak edən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və ADA universiteti 27 dekabr 2014-cü il tarixində “Sevgini paylaş” adlı xeyriyyə aksiyası keçirmişdir.
Oxu.Az-ın məlumatına görə, NİİM və ADA universitetinin kollektivi Binə qəsəbəsində yerləşən kimsəsiz uşaqlara himayədarlıq edən “Ümid yeri” uşaq sığınacaq evini ziyarət etdilər.
Ziyarətin məqsədi uşaqların qarşıdan gələn Yeni il bayramını təbrik etmək və valideyn himayəsindən məhrum olan balacaları sevindirmək idi .
Qeyd edək ki, “Ümid yeri” uşaq sığınacaq evində 40-dan çox azyaşlı və məktəbli uşaq var. NİİM və ADA universitetinin kollektivi uşaqlarla maraqlı vaxt keçirdilər, daha sonra onları bayram hədiyyələri ilə sevindirdilər.