Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə yolunun Alpout kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “VAZ-21011” markalı maşınla “Niva” toqquşub.
Nəticədə, rayonun Ləki kənd sakini, 1951-ci il təvəllüdlü Qarayev Vəkil Rəsul oğlu müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.