Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nizami Səfərov şəhid ailələri ilə görüşüb
Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkidə Yeni Azərbaycan Partiyası tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Nizami Səfərov rayonun Abulbəyli kəndində şəhid Röyal Aslanov və Emin Mahmudovun ailə üzvlərini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıb və daim diqqət mərkəzində olacaqlarına onları əmin edib.
Deputatlığa namizəd Nizami Səfərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il sonra ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdıraraq adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduqlarını qeyd edib.
Şəhid ataları Elzar Aslanov və Pünhan Mahmudov dövlət tərəfindən onlara daim göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz sevgi və hörmətlərini ifadə ediblər.