Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki yeniyetmənin görüntüləri yayılıb.
Oxu.Az həmin fotoları təqdim edir:


Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki yeniyetmənin meyitləri tapılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, meyitlər ailələrinə təhvil verilib.
Həyatını itirən şəxslərin hər ikisi 16 yaşında olub.
Bildirilir ki, yeniyetmələrdən birinin qardaşı hərbi xidmətə yola salındığı üçün onlar bu münasibətlə dəniz kənarında kiçik məclis təşkil edib. Gecə saat 04:00 radələrində iki yeniyetmə dənizə girib.
Axtarış tədbirləri nəticəsində hər iki yeniyetmənin meyiti yaxınlıqda yerləşən "Gilavar" restoranının yaxınlığından tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.
Hadisə ilə bağlı danışan valideynlərdən biri deyib ki, yeniyetmələr gecə saat dörd radələrində dənizə gediblər:
"Yeyib-içdikdən sonra çimməyə gediblər. Bu zaman suda batıblar. Dostları onları çıxarmağa çalışıb, amma mümkün olmayıb".
Yeniyetmələrdən birinin anası isə göz yaşları içində fəryad edib: "Bircə balamı istəyirəm, ona kömək edin. Dostu əsgər gedirdi, ona görə yola salmağa gəlmişdi".
Baha ətraflı Baku TV-nin videomaterialında:
Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Tacir Azad oğlu Kosayev və Aqil Nahid oğlu Novruzovdur.
Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.
Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.
Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfər batıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Novxanıda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.