Odessanın xarici icma və diasporları həftə sonu milli mədəniyyət bayramı düzənləyiblər.
Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, tədbirin təşkilatçısı Viktoriya Taranenko festivalın məqsədinin əyalət administrasiyasının arxasında yerləşən bağa ictimaiyyətin diqqətini çəkmək idi. “Biz istərdik ki, bu yeri abadlaşdırsınlar və orada divar ucaltsınlar. Bu bağ şəhər sakinlərinin istirahəti üçün gözəl məkan ola bilər”, - Viktoriya qeyd edib.
Festivalda yəhudi, alman, fransız, monqol, Çin, polyak, Azərbaycan, yunan, erməni, Koreya, gürcü, Moldova diasporunun nümayəndələri iştirak edib. Tədbirin aparıcıları ŞHK “Odesskie mansı” komandasının üzvləri Pavel Demçenko və Stanislav Saran olub. Onların zarafatlarının müşayiəti ilə tədbirə toplaşanlar oxuyub, oynayıb, əlavə olaraq müxtəlif milli mətbəxlərin təamlarından dadıblar.
Azərbaycanlılar da tədbir üçün paxlava və mutakilər, eləcə də “kükü” hazırlayıblar. Milli təamların qiyməti 10-40 qriven arası olub.