Daxili İşlər Nazirliyi Xətai rayonunda oğurluq əməlində şübhəli bilinən şəxsin döyülməsi barədə yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Oxu.Az-a bildirib ki, oktyabrın 10-da Xətai rayonunda mənzillərdən birindən 50 manat pul, 450 manat dəyərində gümüş bəzək əşyaları, 1000 rus rublu oğurlanması barədə polisə məlumat daxil olub:
“Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin baş verdiyi ərazidə quraşdırılan kameralara oğurluq əməlinin 1995-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov tərəfindən törədilməsi müəyyən edilib. Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən İ.Qəhrəmanov saxlanılıb, idarə etdiyi BMW markalı avtomobilə keçirilən baxış zamanı avtomobildən oğurluq əşyalar, həmçinin digər mənzildən oğurladığı qızıl boyunbağı aşkar olunaraq götürülüb.