Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Oğuzda QƏZA: Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşı YARALANDI
Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mitsubishi" və "Fiat" markalı avtomobillər toqquşub.
Nəticədə, "Fiat" markalı avtomobilin sürücüsü Vüqar Hüseyn oğlu Hacıyev xəsarət alıb.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, xəsarət alan Vüqar Hacıyev Oğuz Rayon Təcili Tibbi Yardım Şöbəsində çalışır. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda gecə saatlarında ağır qəza nəticəsində həlak olan şəxs İŞ ADAMI İMİŞ
- Sumqayıt-Bakı yolunda yük maşınının iştirakı ilə dəhşətli qəza - ANBAAN VİDEO
- Bakıda "BakuBus" yük maşınına ÇIRPILDI: Sürücünün son durumu AÇIQLANDI
- Tovuzdakı dəhşətli qəzanın DETALLARI: Ölən şəxsin bir ay sonra TOYU OLACAQMIŞ
- Yük maşını evə çırpıldı: Xəsarət alan var