Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ - Dələduzluq halları artır
Son vaxtlar onlayn alış-veriş zamanı dələduzluq halları artmaqdadır. Xüsusilə geyim almaq istəyən alıcılar tez-tez aldadıldıqlarını bildirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"in qaynar xəttinə çoxsaylı müraciətlər daxil olub.
Zərərçəkmiş Mətanət İbrahimova deyir ki, ödəniş etdiyi paltarın poçtla göndəriləcəyi vəd olunub. Lakin həftələr keçməsinə baxmayaraq, nə geyim gəlib, nə də pul geri qaytarılıb. Üstəlik, əlaqə saxladığı şəxs onu bloklayıb.
Başqa bir zərərçəkən isə 50 manat beh göndərdiyini, lakin daha sonra qarşı tərəfin əlaqəni kəsdiyini bildirib. Onun sözlərinə görə, həmin şəxslər fırıldaqlıq etdikdən sonra istifadə etdikləri sosial şəbəkə səhifəsinin adını dəyişərək izlərini itirməyə çalışıblar.
Ətraflı süjetdə:

"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Rüfət Səfərova ittiham aktı elan olundu
- Sertifikasiyadan kəsildi, məktəbə yenidən işə düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
- Məşhur istirahət mərkəzinin sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon manat kimin cibindədir?
- Vilayət Eyvazov polislərə vətəndaşlarla bağlı TƏLƏB QOYDU
- İsmayıllıda generalın adı ilə 2500 manatlıq dələduzluq