Bir neçə gün öncə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri Mehman Rzayev tutduğu vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, AzVision.az-ın əldə etdiyi məlumata görə, Mehman Rzayevin yerinə artıq yeni müdir təyin olunub.
Həmin yerə Azərbaycan Tibb Universitetinin III cərrahiyyə şöbəsinin kafedra müdiri, tibb elmləri doktoru Ələkbər Məmmədov təyinat alıb.
Qeyd edək ki, Ə.Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.