“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.
APA-nın xəbərinə görə, bu münasibətlə martın 30-da Komissiya üzvləri və işçi qrupu Ordubad şəhərində olub.
Qoruğun sərhədlərinin və mühafizə zonasının təyin edilməsi ilə bağlı əraziyə baxış keçiriblər. Əraziyə baxış zamanı Malik İbrahim qəbiristanlığında yeraltı tikili aşkarlanıb. Tarixi tikilinin giriş hissəsində daş kitabə də mövcuddur. Tarixi tikilinin təyinatını, dövrünü müəyyən etmək üçün mütəxəssis baxışı keçiriləcək.
Rəylər