Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.
Hadisə Şəmkir Hərbi Birləşməsinin N saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Samir Vaqif oğlu Mehdiyev özünü asaraq intihar edib.
İntiharın səbəbləri araşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 30-u saat 21:30 radələrində Şəmkir hərbi birləşməsində müddətdən artıq xidmət edən (MAXE) əsgər Mehdiyev Samir Vaqif oğlu intihar edib. İntiharın səbəbləri araşdırılır. Fakt üzrə Hərbi Prokurorluq cinayət işi başlayıb.
Qeyd edək ki, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 43 nəfər təşkil edib, yaralıların sayı 59 nəfərə çatır.
www.apa.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin