Ötən il Azərbaycanda mediatorlar 8 133 ailəni barışdırmağa nail olublar.
Oxu.Az-ın məlumatına görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı"nda əksini tapıb.
Məlumatda qeyd edilib ki, 2025-ci il ərzində mediasiya təşkilatlarına ümumilikdə 49 532 müraciət daxil olub. Onlardan 44 451 müraciət ailə mübahisələri, 781-i mülki, 4 136-i əmək, 1570-si kommersiya mübahisələri üzrədir.
2025-ci ildə mediatorların vasitəçiliyi ilə 8 133 barışıq sazişi imzalanıb.