Yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Biləsuvar rayon prokurorluğundan məlumat daxil olub.
Qeyd olunub ki, ilkin araşdırma zamanı Zakir Tağıyevin 09 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
18:56
Biləsuvar sakininin tüfəngdən açılan atəş nəticəsində ölməsinin bəzi təfərrüatı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, hadisə bu gün saat 17 radələrində Biləsuvar rayonunun Nərimankənd kəndi yaxınlığında ov zamanı baş verib.
Belə ki, Biləsuvar şəhər sakini, 1967-ci il təvəllüdlü Tağıyev Zakir Gülab oğlu ov zamanı başından qırma xəsarətləri alıb. Daha sonra təcili yardım avtomobili ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin artıq onun öldüyü məlum olub.
Hazırda hadisənin mərhumun özü və ya başqası tərəfindən törədilməsi dəqiqləşdirilir.
Faktlı ilə bağlı araşdırma aparılır.
18:47
Biləsuvar sakini qırma xəsarətlərindən ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Yanvarın 9-da saat 17 radələrində Biləsuvar rayonunda 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi ilə barədə polisə məlumat daxil olub.
Bildirilib ki, ölüm faktlı ilə bağlı araşdırma aparılır.