Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Övladı bağçaya gedən valideyndən ŞİKAYƏT: “Uşaqlara yavan çörək verilir” - FOTO
Vətəndaş Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına bağçanın direktoru Əsli Alıyevadan narazıdır.
Övladı həmin bağçaya gedən valideyn Oxu.Az-a açıqlamasında bildirib ki, müəssisədə uşaqlara normal baxılmır:
“Uşaqlara səhərlər yavan çörək verilir. Günorta yeməyində isə sadəcə şorba verilir ki, tərkibində düyü və kök olur. Mən uşağımı səhər evdə yedirib, sonra bağçaya aparıram ki, orada ac qalmasın”.
Valideyn deyir ki, bağçada uşaqlardan hər ay pul da yığılır:
“Aylıq bağçaya 20 manat veririk. Hər ay salfet və yuyucu vasitə üçün uşaqların hər birindən əlavə iki manat yığılır. Uşaqlar o salfetlərdən heç istifadə etmirlər. Eyni zamanda, bağçaya gələn yataq dəstlərini “QAZel”lərə yükləyib satışa göndərirlər”.
İlhamə Əbülfət
Rəylər