Xəbər verdiyimiz kimi, dünən axşam Azərbaycanın tanınmış jurnalisti Ayaz Nizamioğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb. Yaxınları uşağı dərhal Respublika Neyrocərrahiyyə xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, jurnalist bu il iyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Facebook hesabında oğlunun şəklini paylaşaraq belə şərh yazıb:
“Uşaqları qoruyaq! Çünki onların ilk addımları kövrək olur. Bizim dəstəyimizə məhz bu zaman onların ciddi ehtiyacı var”.
