Azərbaycan Respublikası Ailə, Qadın,və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, uşaqların övladlığa verilməsi və onların sonrakı həyat şəraiti və tərbiyəsinə nəzarətin həyata keçirilməsi haqqında yeni qaydalar hazırlayıb. Bu qaydalar, övladlığa verilmiş uşaqların sonrakı həyatına nəzarət mexanizmini yerinə yetirmək üçün nəzərdə tutulub. Komitə yeni qaydaları layihə formasında aidiyyəti qurumlara təqdim edib. Məsələnin qəbulu üçün son mərhələ işlər gedir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, komitənin Hüquqi Təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümovanın verdiyi məlumata görə, yeni qaydalarda övladlığa götürülmə ilə bağlı yerli övladlıq proseslərinə nəzarətin qəyyumluq və himayədarlıq orqanları tərəfindən yerinə yetirilməsi, xarici vətəndaşlar tərəfindən övladlığa götürülmənin isə komitə tərəfindən yerinə yetirilməsini nəzərdə tutur.
Yeni qaydalarda ən əsas övladlığa verilmə prosesi uşağın istəyinə görə deyil də valideyinin istəyinə görə idisə, indi uşağın xarakterinə, tipinə uyğun ailələrin axtarılması əsas prioritet olaraq götürülür.
Qeyd edək ki, 2007-2013-cü illər ərzində 39 ailə tərəfindən 41 xüsusi qayğıya ehtiyacı olan uşaqların övladlığa götürülmə prosesi həyata keçib. Bunların 8-i xarici vətəndaşlar tərəfindən övladlığa götürülüb ki, bu ailələrin 4-ü Rusiya vətəndaşı olan Azərbaycanlı ailəsidi, digərləri Türkiyə, İran, Fransa və ABŞ-dan olan ailələrdi.